Nigar Fərhadın şirkəti fəaliyyətini dayandırdı - (Foto)

Nigar Fərhadın rəhbərlik etdiyi şirkət fəaliyyətini dayandırıb. Milli.Az xəbər verir ki, bir qrup vətəndaşın "Aid-Group" xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhadla bağlı səsləndirdiyi şikayətlərdən sonra şirkətin fəaliyyəti müvəqqəti dayandırılıb. Nigar Fərhaddan şikayət - "17 min alıblar, nə özü, nə də əməkdaşları cavab verir" Bununla bağlı məlumat şirkətin rəsmi sosial media hesabında yayımlanıb. Açıqlamada bildirilib ki, "Aid-Group" hazırda fəaliyyətini müvəqqəti dayandırıb. Qərarın səbəbi ilə bağlı isə əlavə məlumat verilməyib. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)