Zaur Baxşəliyev: "Burada xoş söz yazır, o tərəfdə söyürlər"

Tele-aparıcı Zaur Baxşəliyev haqqında rəylərə münasibət bildirib. Milli.Az xəbər verir ki, o, sosial şəbəkədə həm xoş, həm də təhqir yazan  izləyicilərdən danışıb: "Yazırsınız ki, sizi çox sevirəm. Sevginizlə nifrətiniz arasında o qədər qalmışam. Buradan söymüsünüz, oradan sevmisiniz. Adam qalır iki daşın arasında. Bilmirsən sevirlər, yoxsa söyürlər. Sizin sevginizlə nifrətiniz bir dəqiqənin içində dəyişir. Burada sənə xoş söz yazır, keçib baxırsan, o tərəfdə söyürlər". Aparıcının sözləri izləyicilər arasında müzakirələr yaradıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)