Nabranda 18 yaşlı qız dənizdə batdı — Axtarılır

Xaçmaz rayonu, Nabran kəndində dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda vətəndaş-2008-ci il təvəllüdlü Xalidova Arzu Zaur qızının batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.