Andrey Qnatov da işdən çıxarıldı

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Andrey Qnatov da vəzifəsindən azad olunub. Milli.Az axar.az -a istinadən bildirir ki, bu barədə "İnsayder" nəşri məlumat yayıb. "Sırski ilə yanaşı, Baş Qərargah rəisi Qnatov da vəzifəsindən azad edilib. Onun yerinə müvəqqəti olaraq Vladimir Qorbatyuk təyin olunacaq", - deyə açıqlamada bildirilir. Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin əmri ilə silahlı qüvvələrinin baş komandanı Aleksandr Sırski vəzifəsindən azad edilib, yerinə isə Mixail Drapatı təyin edilib. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)