Rəqsanənin əri ilə avtomobildə romantik anları diqqət çəkdi - (Video)

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazillə paylaşdığı video ilə izləyicilərin diqqətini cəlb edib. Milli.Az xəbər verir ki, sənətçi avtomobildə həyat yoldaşı ilə birlikdə keçirdiyi səmimi anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Kadrlarda cütlüyün mehriban davranışları və bir-birinə göstərdiyi sevgi dolu münasibət diqqətdən yayınmayıb. Onların avtomobil yolçuluğu zamanı lentə alınan görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılaraq müzakirə mövzusuna çevrilib. Paylaşım izləyicilər tərəfindən maraqla qarşılanıb. Cütlüyün səmimi münasibəti çoxsaylı bəyənmə və şərhlər toplayıb, istifadəçilər videoya müxtəlif şərhlər yazıblar. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)