“Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub - (Yenilənib)

Son iki mövsüm avrokuboklara vəsiqə qazana bilməyən "Neftçi" bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb. Milli.Az xəbər verir ki, Bakı təmsilçisi Belarusun "Dinamo Minsk" klubunu qəbul edib. "Palms Sport Arena"da keçirilən qarşılaşma saat 20:00-da başlayıb. Görüşün baş hakimi kiprli Konstantinos Fellas olub. İlk hissə "ağ-qaralar"ın 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra hücumlarını artıran qonaqlar ardıcıl üç dəfə fərqlənərək hesabda geridönüş ediblər. Qarşılaşma "Dinamo"nun 4:2 hesablı qələbəsi ilə başa çatıb. UEFA Konfrans Liqası II təsnifat mərhələsi, ilk oyun 22 iyul 20:00. "Neftçi" (Azərbaycan) - "Dinamo Minsk" (Belarus) 2:4 Baş hakim: Konstantinos Fellas (Kipr) Stadion: "Palms Sport Arena" xxx "Neftçi" bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində mübarizəyə start verəcək. Milli.Az xəbər verir ki, "ağ-qaralar" ilk oyunda doğma meydanda Belarusun "Dinamo" (Minsk) klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qeyd edək ki, "Neftçi" "Dinamo" səddini keçəcəyi təqdirdə, III təsnifat mərhələsində Serbiyanın "Jelezniçar" və Portuqaliyanın "Braqa" komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq. UEFA Konfrans Liqası II təsnifat mərhələsi, ilk oyun 20:00. "Neftçi" - "Dinamo" (Minsk, Belarus). Hakim: Konstantinos Fellas (Kipr). Bakı, "Palms Sports Arena". *** Komandaların start heyətləri bəlli olub: "Neftçi": 1. Emil Balayev, 77. Falaye Sako, 55. Andrey Qravillon, 5. İqor Ribeyro, 24. Mustafa Sek, 20. Qustavo Klismann, 6. Sessi Dalmeyda, 8. EMin Mahmudov (k), 33. Breno Almeyda, 11. İmad Faraj, 29. Lubomir Tupta Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, Rüfət Abbasov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. İfeanyu Metyu, 80. Aslan Şirinov, 82. Məhəmməd Məmmədli, 91. Ağadadaş Salyanski, 97. Bassala Sambu Baş məşqçi: Yuri Vernidub "Dinamo": 1. İvan Şimakoviç, 25. Abdul Aziz Ture, 26. Vladislav Kalinin, 12. Aleksey İvanov, 44. Qleb Qurban, 42. Favaz Abdullahi, 23. Aleksey Zençko, 8. Aleksandr Selvaya, 7. Yevgeni Malaşeviç, 30. Mustafa Djimet, 10. Karen Vardanyan Ehtiyat oyunçular: 21. Danila Radkeviç, 2. Matvey Dubatovka, 3. Maksim Şetsov, 5. Danil Duşevski, 9. Andrey Lutskoviç, 11. Quljigit Alikulov, 13. Vladislav Poloz, 19. Rayan-Eli Qibero, 24. Aleksey Valkuliç, 27. Mixail Aleksandrov, 78. Artyom Sokolovski, 80. Leonard Qvet Baş məşqçi: Aleksandr Şaqoyko/"Qafqazinfo" Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)