Ağdamda daha bir ərazidə yanğın başladı — Video
Ağdam rayonunda növbəti yanğın hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, yanğın rayonun Kəngərli kəndi ərazisində başlayıb. Hazırda həm Sarıcalı, həm də Kəngərli kəndləri istiqamətində davam edən yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Ağcabədi və Xocalı rayonlarının Dövlət Yanğından Mühafizə bölmələrinin əməkdaşları da əraziyə cəlb olunub. Yanğının lokallaşdırılması və söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir. Ziya Əmirxanov

Şərh verin