İran-İraq sərhədində sərnişin terminalı vuruldu — Ölənlər var

ABŞ İranın Xuzistan əyalətinə raket zərbələri endirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, İran-İraq sərhədində yerləşən Şələmçə sərhəd-keçid məntəqəsinin sərnişin terminalı raket hücumuna məruz qalıb. İlkin məlumatlara əsasən, hücum nəticəsində iki nəfər ölüb. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Buna baxmayaraq, sərhəd-keçid məntəqəsinin fəaliyyətini dayandırmadığı qeyd olunub. Xuzistan əyalətinin Əndiməşq şəhəri yaxınlığındakı bir obyektin də ABŞ raketləri ilə hədəfə alındığı bildirilir.