Colinin daha bir qızı atasının soyadından imtina edir
Ancelina Colinin daha bir qızı atasının soyadından imtina edir Milli.Az xəbər verir ki, Hollivud aktyorları Bred Pitt və Ancelina Colinin qızı Vivyen atasının soyadını rəsmi sənədlərdən çıxarmaq üçün məhkəməyə müraciət edib. 18 yaşlı Vivyen Marşelin Coli-Pitt adının "Vivyen Marşelin Coli" olaraq dəyişdirilməsi üçün Los-Anceles Dairəsinin Ali Məhkəməsinə ərizə təqdim edib. Məhkəmə sənədlərində ad dəyişikliyinin şəxsi səbəblərlə əlaqədar olduğu bildirilib. İş üzrə ilk məhkəmə baxışı noyabrın 2-nə təyin olunub. Qeyd edək ki, Vivyen bu addımı atan ilk övlad deyil. Daha əvvəl cütlüyün övladlığa götürdüyü Meddoks və Zaxara da Bred Pittin soyadından imtina edərək yalnız "Coli" soyadından istifadə etmək istədiklərini açıqlamışdılar. 2024-cü ildə isə onların digər qızı Şaylo da atasının soyadından imtina etdiyini rəsmiləşdirmişdi. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin