Gəncədə iki bacını avtomobil vurdu
Gəncədə iki piyadanı avtomobil vurub. Milli.Az Lent.az-a xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən iki bacı; 2013-cü il təvəllüdlü M. Əliyeva və 2023-cü il təvəllüdlü G. Əliyevanı vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Şərh verin