42 yaşlı kişi güllələndi — Həmyerlisi saxlanıldı
İyulun 23-də Yevlax rayonunda güllələnmə hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayon ərazisində olub. Belə ki, 1984-cü il təvəllüdlü rayon sakini Eşqin İsmayılovun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilininən1963-cü il təvəllüdlü həmyerlisi Natiq Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Şərh verin