Şirvanda dizinə antibiotik iynəsi vuran kişi öldü
Şirvan şəhərində antibiotik iynəsi vurulan şəxs həyatını itirib. Milli.Az apa -ya istinadən xəbər verir ki, hadisə iyulun 23-də qeydə alınıb. Bildirilib ki, 1980-ci il təvəllüdlü şəhər sakini Sadiq Əbülfət oğlu Hümbətov yaşadığı evdə diz nahiyəsinə antibiotik iynəsi vurduqdan sonra dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin