Kiyevə hücumda 6 nəfər həlak oldu — Video - Yenilənib
Ukrayna ordusu gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə Rusiya ərazisinə zərbələr endirib. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Sankt-Peterburq, Leninqrad və Tver vilayətlərində, eləcə də Kirov şəhərində partlayışlar qeydə alınıb. Hücumlarda “Wildberries” şirkətinin anbarlarındakı güclü yanğınlarda 3 nəfərin yaralandığı bildirilir. Rusiya tərəfi isə Ukraynanın paytaxtı Kiyevə raket hücumu həyata keçirib. Şəhərdə bir neçə partlayış səsi eşidilib. Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə qüvvələrinin hücumu dəf etməyə çalışdığını bildirib və sakinləri sığınacaqlarda qalmağa çağırıb. *** V.Zelenski Kiyev vilayətinə hücum zamanı 6 nəfərin həlak olduğunu, onlarla şəxsin isə yaralandığını açıqlayıb.

Şərh verin