Rusiya Kiyevi vurdu: Ölənlər və yaralananlar var - (Foto)

Rusiya Ukraynanın paytaxtı Kiyevi ballistik raketlərlə vurub. Milli.Az xəbər verir ki, Rusiya ordusunun Kiyevə endirdiyi raket zərbələri nəticəsində azı 6 nəfər həlak olub, onlarla insan yaralanıb. Ukrayna Prezidenti Volodimir Zelenski xilasetmə əməliyyatlarının davam etdiyini bildirib. Məlumata görə, hücum zamanı Kiyev istiqamətinə azı 10 ballistik raket, o cümlədən "Sirkon" hipersəs raketləri buraxılıb. Şəhərdə hava hücumundan müdafiə sistemləri işə salınıb. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)