Vurulan gəmi kapitanının övladları ilə görüntüsü kövrəltdi - (Video)

Odessa yaxınlığında hücuma məruz qalan gəmidə həlak olan kapitan Səməd Nəsrullayevin övladları ilə birlikdə çəkilmiş görüntüləri sosial şəbəkələrdə geniş yayılıb. Milli.Az xəbər verir ki, yayılan kadrlarda kapitanın ailəsi ilə keçirdiyi səmimi anlar əks olunub. Görüntülər qısa zamanda çoxsaylı istifadəçi tərəfindən paylaşılıb və izləyiciləri kövrəldib. Sosial şəbəkə istifadəçiləri paylaşımın altında Səməd Nəsrullayevin ailəsinə başsağlığı veriblər. Xatırladaq ki, Səməd Nəsrullayev Odessa yaxınlığında gəminin hücuma məruz qalması nəticəsində həyatını itirib. Hadisə ilə bağlı araşdırmalar davam edir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)