Xəstə olduğunu deyib — Prezidentlikdən istefa verdi

Banqladeş Prezidenti Şahabuddin Çuppu istefa verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “bdnews24” xəbər portalı yazıb. “Mən xəstəyəm, ona görə hər şey bitdi”, - Banqladeş dövlət başçısı istefası ilə bağlı danışarkən bildirib. 76 yaşlı prezident artıq bu qərarı barədə Baş nazir Tariq Rahmana məlumat verib. Qanunvericiliyə əsasən, istefa ərizəsini parlamentin spikeri Hafiz Uddin Əhməd qəbul etməlidir. Qeyd edək ki, Şahabuddin Çuppu 2023-cü ilin aprelindən prezident vəzifəsini tutur.