Klopp Almaniya millisinin yeni baş məşqçisi oldu — Rəsmi+Yenilənib

Almaniya milli komandasının yeni baş məşqçisi Yurgen Klopp olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə məşhur insayder Fabristio Romano paylaşım edib. O bildirib ki, istefaya göndərilən Yulian Nagelsmannı məşhur mütəxəssis Yurgen Klopp əvəzləyib. Təyinatın yaxın saatlarda rəsmi açıqlanacağı bildirilib. *** Almaniya Futbol İttifaqı Kloppla 2030-cu ilədək müqavilə imzalandığını rəsmi açıqlayıb.