Qvardiola İtaliya millisini rədd edib
Pep Qvardiola İtaliya millisinin baş məşqçisi olmaq təklifini qəbul etməyib. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki, İtaliya Futbol Federasiyası bu həftə 55 yaşlı mütəxəssisə rəsmi təklif göndərib. Lakin Qvardiola təklifə müsbət cavab verməyib. İspan məşqçinin hazırda ailəsi ilə daha çox vaxt keçirmək, dincəlmək və futboldan müəyyən müddət uzaq qalmaq istədiyi bildirilir. Qvardiola 10 il rəhbərlik etdiyi "Mançester Siti"dən ayrıldıqdan sonra yeni layihəyə başlamayıb. O, İngiltərə klubunda çalışdığı müddətdə 6 dəfə Premyer Liqa, həmçinin Çempionlar Liqası da daxil olmaqla çoxsaylı böyük titullar qazanıb. Qvardiola bir müddət məşqçilikdən uzaq qalıb daha sonra yenidən futbola qayıdacağı gözlənilir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin