Yarımtikilidə 38 yaşlı kişinin meyiti tapıldı

Gəncə şəhərində yarımtikilidən meyit tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 24-nə keçən gecə şəhər ərazisindəki təmir sexlərindən birində baş verib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1988-ci il təvəllüdlü şəhər sakini Elmidar Sultan oğlu Əliyev olduğu müəyyənləşib. Hadisənin səbəbləri araşdırılır.