Gürcüstanda elektrik enerjisi verilişi bərpa edildi — Yenilənib
Gürcüstanda yenidən elektrik enerjisinin verilişində genişmiqyaslı fasilə yaranıb. “Qafqazinfo” “Bm.ge” portalına istinadən xəbər verir ki, ölkənin bəzi bölgələrində Bakı vaxtı ilə 08:10-dan etibarən işıqlar sönüb. TASS isə hazırda paytaxt Tbilisi,eləcə də Ozurgeti, Poti və Rustavidə işıq olmadığını açıqlayıb. Məsələ ilə bağlı hələ rəsmi açıqlama verilməyib. Xatırladaq ki, bundan əvvəl iyulun 24-nə keçən gecə Tbilisi və Gürcüstanın bir sıra bölgələrində elektrik enerjisinin verilişində fasilə yaranmışdı . *** “Sputnik Gürcüstan”ın məlumatına görə, Tbilisidə elektrik enerjisinin verilişində fasilə yaranmasına görə metronun fəaliyyəti dayanıb. Bununla yanaşı, hazırda Gürcüstan Dəmir Yollarının qatarlarının hərəkəti də dayandırılıb. Həmçinin məsələ ilə bağlı paytaxtın bəzi hissələrində suyun verilişində problem yaranıb. *** Gürcüstan Dövlət Elektrik Sisteminin məlumatına görə, ölkədə elektrik verilişi tam bərpa edilib.

Şərh verin