Ağdamda xəstəxana tikintisinin davamına 17 milyon manat xərclənəcək
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti Ağdam Rayon Mərkəzi Xəstəxanasının (210 çarpayılıq) tikintisinin davamı (4-cü mərhələ) işlərinin aparılması işlərinin satın alınması ilə bağlı tender elan edib. Milli.Az Trend -ə istinadən xəbər verir ki, prosedurda iştirak haqqı 2.538,34 manatdır. Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 2 sentyabr 2026-cı il saat 13:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 2 sentyabr 2026-cı il saat 13:00-da (GMT+4) baş tutacaq. Əlavə məlumat üçün telefon: (+994) 12 493 03 18 Əlaqədar şəxs: Elgün Süleymanov Email: [email protected] Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A Qurum sözügedən işlərin ümumi dəyərinin 16.922 milyon manata başa gələcəyini proqnozlaşdırıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin