Məşhurların pulları hara getdi? — “Ahbap”a ianələr
Məşhur türkiyəli müğənni Haluk Leventin təsis etdiyi “Ahbap” Dərnəyinə tanınmış simaların etdiyi ianələrin məbləği açıqlanıb. “Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ən yüksək fərdi pul ianəsini futbolçular Cengiz Ünder və Çağlar Söyüncü ediblər. Hər iki futbolçu dərnəyə ayrı-ayrılıqda 50 min avro (təxminən 97 min manat) bağışlayıb. Bundan başqa, tanınmış iş adamı Acun Ilıcalı 100 yük maşını su və 5 milyon TL (təxminən 185 min manat) dəyərində yardım göstərib. “Ahbap” Dərnəyinə ianə edən məşhurlar və ianə məbləğləri: -Acun Ilıcalı – 100 yük maşını su və 5 milyon TL (təxminən 185 min AZN) -Can Yaman – 1 milyon 550 min TL (təxminən 57,3 min AZN) -Tarkan – 1 milyon TL (təxminən 37 min AZN) -Ajda Pekkan – 1 milyon TL (təxminən 37 min AZN) -Sibel Can – 1 milyon TL (təxminən 37 min AZN) -Kıvanç Tatlıtuğ – 950 min TL (təxminən 35,2 min AZN) -Gülşen – 1 milyon TL (təxminən 37 min AZN) -Nuri Şahin – 1 milyon TL (təxminən 37 min AZN) -Murat Boz – 500 min TL (təxminən 18,5 min AZN) -Orhan Gencebay – 500 min TL (təxminən 18,5 min AZN) -Arda Turan – 500 min TL (təxminən 18,5 min AZN) -Kerem Bürsin – 200 min TL (təxminən 7,4 min AZN) -Halit Ergenç və Bergüzar Korel – 400 min TL (təxminən 14,8 min AZN) -Edis – 400 min TL (təxminən 14,8 min AZN) -Hazal Kaya – 120 min TL (təxminən 4,4 min AZN) -Danla Bilic – 250 min TL (təxminən 9,3 min AZN) -Burak Deniz – 150 min TL (təxminən 5,6 min AZN) -İrem Derici – 150 min TL (təxminən 5,6 min AZN) -Mustafa Ceceli – 200 min TL (təxminən 7,4 min AZN) -Gülben Ergen – 150 min TL (təxminən 5,6 min AZN) -Gökçe Bahadır – 100 min TL (təxminən 3,7 min AZN) -Ziynet Sali – 100 min TL (təxminən 3,7 min AZN) -Melis Sezen – 100 min TL (təxminən 3,7 min AZN) -Sarp Apak – 100 min TL (təxminən 3,7 min AZN) -Aras Bulut İynemli – 200 min TL (təxminən 7,4 min AZN) -Burak Yılmaz – 300 min TL (təxminən 11,1 min AZN) -Cenk Tosun – 600 min TL (təxminən 22,2 min AZN) -Ozan Tufan – 800 min TL (təxminən 29,6 min AZN) -Cengiz Ünder – 50 min avro (təxminən 97 min AZN) -Çağlar Söyüncü – 50 min avro (təxminən 97 min AZN)

Şərh verin