Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 03:04-də qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)