İranla bağlı həmin məsələdən narahatdır
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İranla hərbi münaqişənin mümkün eskalasiyası ilə bağlı narahatlığını ifadə edib. “Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, o bu haqda Ağ Evdə Qərargah Rəisləri Komitəsinin sədri Den Keynin də iştirak etdiyi görüş zamanı danışıb. Keynin də fikrincə, əməliyyatın genişləndirilməsi ABŞ-nin sursat ehtiyatlarını daha da tükəndirəcək. Pentaqondakı bir mənbə CNN-ə təsdiqləyib ki, əməliyyatlar hazırda dayandırılıb. Hərbçilərin İran ərazisinə zərbələri dayandırmasına nəyin səbəb olduğu məlum deyil. Məlumata görə, Fars körfəzi ölkələri ABŞ administrasiyasını İranla münaqişədə təmkinli davranmağa çağırıb.

Şərh verin