"Bayer" yeni transferini etdi

"Bayer" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib. Milli.Az xəbər verir ki, Leverkuzen təmsilçisi "Hoffenhaym"dan Luka Erlaynı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Almaniyalı futbolçu üçün 2 milyon avro təzminat ödənilib. 19 yaşlı sağ cinah müdafiəçisi ilə 2030-cu ilin 30 iyun tarixinə kimi müqavilə imzalanıb. Qeyd edək ki, Almaniya U-19 millisinin üzvü olan Luka Erlayn "Hoffenhaym"ın ikinci komandasında çıxış edirdi. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)