“Şamaxı” Qətər klubuna qarşı yoxlama oyununa çıxacaq

"Şamaxı" yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoxalama oyununa çıxacaq. Milli.Az xəbər verir ki, komanda bu gün Qətərin 2-ci liqa təmsilçisi "Əl-Xaritiyat" klubu ilə üz-üzə gələcək. Qəbələdə keçiriləcək görüş saat 18:00-da başlayacaq. Qeyd edək ki, "Şamaxı" ilk yoxlama matçında "Kəpəz"lə qolsuz heç-heçə edib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)