Kürdəmirdə zəncirvari qəza — Xəsarət alanlar var
Kürdəmirdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə Ağsu–Kürdəmir–İmişli rayonun Təklə kəndinin keçən hissəsində qeydə alınıb. Belə ki, “Daewoo” markalı avtomobil yol kənarında dayanmış “VAZ-2106” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi hərəkətdə olan digər “VAZ-2106” markalı avtomobilə dəyib. Qəza nəticəsində avtomobillərdən biri aşıb. Nəticədə avtomobilin yaxınlığında dayanan rayon sakinləri 1992-ci il təvəllüdlü Kamran Məmmədov və 1999-cu il təvəllüdlü Əlismayıl Əliyev nəqliyyat vasitəsinin altında qalaraq ağır xəsarət alıblar. Yaralılar Xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Yunis Quliyev

Şərh verin