Qəbələdə açıq ərazidə yanğın başladı
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib. Milli.Az apa -ya istinadən xəbər verir ki, bu haqda FHN məlumat yayıb. Bildirilib ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin