Baş idarəyə yeni rəis təyin edildi — Foto

Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub. “Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb. Əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Orucov Faiq Eldar oğlu Daxilolmalara Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.