Nəriman Həsənzadənin vəziyyəti yenidən ağırlaşdı

Xalq şairi Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşıb. Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az -a Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə açıqlama verib. O bildirib ki, atasının vəziyyəti əvvəlcə yaxşılığa doğru getsə də, sonradan qəfil pisləşib. "Yaxşı idi, düzəlirdi. Sonra birdən-birə ağırlaşdı. Yenidən süni tənəffüs aparatına qoşdular. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər. İnşallah, yaxşı olar", - deyə Nazim Həsənzadə bildirib. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)