Paraqvay Azərbaycana fəxri konsul təyin edib

Paraqvay Azərbaycana fəxri konsul təyin edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”un Türkiyə bürosuna müsahibəsində bu ölkənin mənzil-qərargahı Ankarada olan Azərbaycan üzrə səfiri Gillermo Sosa (Cirilo Guillermo Sosa Flores) deyib. O bildirib ki, bu vəzifəyə Tərlan Məmmədov təyin edilib. “İnanırıq ki, onun fəaliyyəti Azərbaycan ilə Paraqvay arasında kommersiya, mədəni və institusional əlaqələrin inkişafına mühüm töhfələr verəcək”, - səfir deyib.