Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Milli.Az xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi 25 ünvanında dəmir yol xəttinin yaxınlığında gizlədilmiş 1 ədəd "Makarov PM" markalı tapança, ona məxsus 1 ədəd daraq və 6 ədəd ədəd güllə aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin