Ronaldu serialda rol alacaq
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu futbol agentinin həyatından bəhs edən yeni dram serialında rol alacaq. Milli.Az xəbər verir ki, o, eyni zamanda layihənin icraçı prodüseri kimi də fəaliyyət göstərəcək. Xarici mətbuatın məlumatına görə, "Day 1s" adlanacaq serialın baş qəhrəmanı olan uydurma futbol agenti Stenli Daltonu "Vətən" (Homeland) və "Milyardlar" (Billions) serialları ilə tanınan britaniyalı aktyor Damian Lyuis canlandıracaq. Bildirilib ki, serialın ssenarisi futbol agenti Darren Deynin ideyası əsasında hazırlanıb. Layihənin dram və komediya janrlarını bir araya gətirəcəyi, həmçinin iri yayım platformalarının diqqətini cəlb etdiyi qeyd olunur. Məlumata əsasən, Ronaldu yalnız prodüser kimi deyil, ekran qarşısında da görünəcək. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin