Meyiti öz həyətində tapıldı — Foto

Bakıda 32 yaşlı şəxs qəfil vəfat edib. “Qafqazinfo” xəbər verir ki, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində baş verib. İyulun 27-si saat 14 radələrində 1994-cü il təvəllüdlü Elvin Taqarovun meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun ölüm səbəbinin müəyyən edilməsi məqsədilə Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, E.Taqarov Buzovnada tikinti materialları mağzasında işləyirmiş.