Goranboyda ağır qəza - Yaralılar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az apa -ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Chevrolet" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı 1966-cı il təvəllüdlü Yusif Əşrəfov və 1966-cı il təvəllüdlü C.Quliyeva xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəzaya düşən avtomobilin sürücüsü 44 günlük Vətən müharibəsinin şəhidi Məhəmməd Əşrəfovun atasıdır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)