Sabah dəniz havası olacaq
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. “Qafqazinfo” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah çimərliklərdə şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.

Şərh verin