Yaponiyada güclü zəlzələ — Video - Yenilənib
Yaponiyanın Kyusu adasının Kumamoto prefekturası ərazisində güclü zəlzələ baş verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Yaponiyanın milli meteorologiya idarəsi məlumat yayıb. Bildirilib ki, adada 7,1, daha sonra isə 6,1 bal gücündə zəlzələlər qeydə alınıb. Yeraltı təkanlardan sonra təxminən 30 afterşok olub. Əvvəlcə sunami təhlükəsi elan edilsə də, sonradan təhlükə ləğv edilib. Təbii fəlakət səbəbindən azı 50 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Yeraltı təkanlar nəticəsində bir sıra yolların zədələndiyini, bəzi evlərin dağıldığı bildirilir. Hadisə ilə əlaqədar Yaponiya hökuməti yanında operativ qərargah yaradılıb. Yerli meteoroloqlar yaxın bir həftə ərzində ölkə ərazisində güclü zəlzələlərin təkrarlana biləcəyi barədə xəbərdarlıq ediblər. *** Yaponiyanın Kyusyu adasında baş vermiş güclü zəlzələ nəticəsində Kumamoto prefekturası ərazisində iri ticarət mərkəzi çöküb. Yerli NHK telekanalının məlumatına görə, yeraltı təkanlar zamanı binanın ikinci mərtəbəsi uçub. Ticarət mərkəzindən təxminən 200 nəfər təxliyə olunsa da, bir çoxlarının hələ də binanın içində qaldığı bildirilir. Xilasetmə tədbirləri görülür. Rəsmi məlumata görə, iki nəfər xəsarət alıb.

Şərh verin