Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib

Tələbələrin yerdəyişməsi prosesi üzrə yekun nəticələr müraciətçilərin elektron kabinetlərinə göndərilib. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi sosial media hesabında məlumat yayıb. Məlumata görə, tələbələr təhsil müəssisəsi tərəfindən verilmiş yekun qərarı elektron kabinetləri vasitəsilə 31 iyul 10:00-dək təsdiq etməli və ya qərardan imtina etməlidirlər. "Müəyyən olunmuş müddət ərzində təsdiqlənməyən müraciətlər avtomatik olaraq qüvvədən düşmüş hesab ediləcək", - məlumatda bildirilib. Qeyd edək ki, Tələbələrin yerdəyişməsi üzrə elektron sənəd qəbulu 19 iyul saat 18:00-da yekunlaşıb. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)