Dini inancları təhqir edən Üzeyir Abas həbs edildi — Yenilənib

Sosial şəbəkələrdə dini inancları təhqir edən şəxs polis tərəfindən saxlanılıb. “Qafqazinfo” xəbər verir ki, Üzeyir Abas adı ilə sosial şəbəkələrdə videolar paylaşan və dini inancları aşağılayan 1979-cu il təvəllüdlü şəxs barəsində prosessual tədbirlər davam etdirilir. Qeyd edək ki, Üzeyir Abas bir müddətdir dini kitablar və inanclarla bağlı paylaşımlar edirdi. O, özünü yazıçı-publisist kimi təqdim edib. *** Əldə etdiyimiz məlumata görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə Üzeyir Abas inzibati qaydada həbs edilib.