İngiltərə millisinin müdafiəçisi "İnter"ə keçməyə razılaşdı

İngiltərə millisinin müdafiəçisi Con Stouns "İnter"ə keçməyə razılıq verib. Milli.Az xarici mediaya istinadən xəbər verir ki, İtaliya çempionu 32 yaşlı futbolçuya iki illik müqavilə və mövsümdə 4 milyon avro maaş təklif edib. Con Stouns 2016-cı ildən 2026-cı ilə qədər "Mançester Siti"də oynayıb, altı dəfə İngiltərə Premyer Liqası və Çempionlar Liqası titulunu qazanıb. Hazırda o, azad agentdir. İngiltərə milli komandası ilə Stouns 2026-cı il Dünya çempionatında beş oyun keçirərək bürünc medal qazanıb./Lent.az Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)