Yenidən Rusiyaya gələ bilərlər

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Birləşmiş Ştatlar liderinin kürəkəni Cared Kuşnerin Rusiyaya səfəri yaxın həftələrdə baş tuta bilər. “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı agentliyə diplomatik mənbə bildirib. “Belə bir imkan var. Lakin hazırkı məqamda konkretlik və tam dəqiqlik yoxdur”, – deyə agentliyin həmsöhbəti yaxın iki həftə ərzində gözlənilən səfərlə bağlı suala cavab verərkən deyib. Qeyd edək ki, bundan əvvəl bir sıra Qərb KİV-lərində Uitkoff və Kuşnerin yaxın iki həftə ərzində Kiyevə səfər edə biləcəyi barədə məlumatlar yayılmışdı.