Livanda "Hizbullah"a məxsus yeraltı komanda mərkəzi məhv edilib
İsrail Müdafiə Ordusu Livanın cənubunda "Hizbullah" qruplaşmasına məxsus olduğu bildirilən yeraltı komanda mərkəzinin məhv edildiyini açıqlayıb. Ordunun yaydığı məlumata görə, obyekt BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) postundan təxminən 300 metr aralıda, Haddata kəndi yaxınlığında yerləşirdi. Əməliyyat zamanı uzunluğu təxminən 55 metr olan yeraltı tunel aşkarlanıb. Bildirilib ki, üç otaqdan ibarət tunel "Hizbullah" tərəfindən komanda məntəqəsi kimi istifadə olunurdu. Hərbçilər həmçinin tunellə əlaqəli yeraltı şaxta müəyyən ediblər. Məlumata əsasən, həmin şaxtada xeyli sayda silah-sursat saxlanılırdı. İsrail ordusu qeyd edib ki, mühəndis bölmələri bu həftə keçirilən əməliyyat zamanı yeraltı kompleksi tamamilə məhv edib. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin