Magistraturaya qəbulun nəticələri nə zaman elan olunacaq?
"Magistraturaya qəbulun nəticələrinin bu gün və ya sabah elan olunacağı gözlənilir". Milli.Az Report -a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bundan sonra qəbul olunanların qeydiyyatı aparılacaq, daha sonra isə boş qalan plan yerlərinə ixtisas seçimi keçiriləcək. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Şərh verin