Hücum təhlükəsi fonunda metroya sığındılar — Video
Ukraynada şəhərə mümkün hücum təhlükəsi fonunda əhali Kiyev metrosuna sığınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Insider UA” teleqram kanalı məlumat yayıb. “Kiyev metrosunda xaos hökm sürür: stansiyalar o qədər doludur ki, tərpənməyə belə yer qalmayıb”, - məlumatda deyilir. Kanal paytaxt sakinlərinin gecəni metroda keçirməyə hazırlaşdıqlarını və çadırlar qurduqlarını bildirir.

Şərh verin