Qobu-Lökbatan yolunda faciəvi şəkildə ölən futbolçuların (Fotosu)
Xəbər verdiyimiz kimi, ötən gün Qobu-Lökbatan yolunda ağır yol qəzası baş verib. 99-EN-361 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Milli.Az xəbər verir ki, hadisə nəticəsində minik avtomobilində olan Bəhruz Sultanov və Rauf Hüseynov həyatlarını itiriblər, "Ford"un sürücüsü isə yaralanıb. Qəzada ölənlər "Qobu" futbol klubunun oyunçuları olublar. Qəza yerindən görüntüləri və qəzada həlak olan futbolçunun fotosunu təqdim edirik: Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin