Hakan Fidan HƏMAS lideri ilə görüşdü
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan HƏMAS Siyasi Bürosunun rəhbəri seçilən Xəlil əl-Həyyə və onu müşayiət edən nümayəndə heyətini qəbul edib. “Qafqazinfo” “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı Xəlil əl-Həyyə Qəzza və İordan çayının qərb sahilindəki son vəziyyət barədə məlumat verib. Türkiyə XİN rəhbəri isə Ankaranın Qəzza sülh prosesini dəstəkləməkdə davam edəcəyini və bu prosesdə HƏMAS-ın oynadığı rolu təqdir etdiyini diqqətə çatdırıb. Görüşdə həmçinin digər regional məsələlər də ətraflı müzakirə olunub.

Şərh verin