Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, çimərliklərdə arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)