16 yaşlı qız zəhərlənib öldü — Yenilənib
Yevlaxda 16 yaşlı yeniyetmə zəhərlənərək ölüb. “Qafqazinfo”nun məlumatına görə, Yevlax şəhər sakini, 2010-cu il təvəllüdlü M. Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda vəfat edib. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin dəqiq səbəbi aparılacaq ekspertiza və araşdırmaların nəticəsindən sonra məlum olacaq. *** Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, Yevlaxda baş verən hadisə nəzarətdədir. Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Agentliyin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək. *** TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, iyulun 28-i saat 17:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yevlax şəhəri, Salatın Ə. küçəsi ərazisindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb. Ziya Əmirxanlı

Şərh verin