Sakinlərin şikayət etdiyi problem həll olundu
Pirşağı qəsəbəsinin Əjdər Məlikov küçəsində yaranmış tullantı problemi ilə bağlı tədbir görülüb. Milli.Az xəbər verir ki, ərazidə aparılan təmizlik işlərindən sonra antisanitar vəziyyət aradan qaldırılıb. Məsələ ilə bağlı Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, sözügedən məhəllədə əsas çətinliklərdən biri məişət tullantılarının daşınması ilə bağlı ödənişlərin sakinlər tərəfindən həyata keçirilməməsidir. Qurumun məlumatına görə, bu hal tullantıların vaxtında yığılmasına və daşınmasına mane olur. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Şərh verin