Yaşadığı evdə yıxıldı, xəstəxanada həyatını itirdi
Bərdə rayonunda bədbəxt hadisə ölümlə nəticələnib. Milli.Az xəbər verir ki, 1990-cı il təvəllüdlü Sevinc Məmmədova yaşadığı evdə yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin